Azərbaycanlı zəvvarlar Həcdən nə vaxt qayıdır?

Azərbaycanlı hacıların ilk qrupu iyunun 26-da Vətənə qayıdacaq.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
"Həcc prosesi bitmək üzrədir. Bu gün də Minadayıq. Zəvvarların bir hissəsi bu gün, böyük hissəsi isə sabah Minanı tərk edəcək. Mina Ərəfat Müzdəlifə çöllərində həcc ayinlərinin icrası bitir. Qalır, əsasən, zəvvarların nisa və vida təvafı. Hacıların ilk qrupu iyunun 26-da yola düşəcək. Son qrup isə iyulun 1-də vətənə qayıdacaq".
V.Cahangiri zəvvarların sağlamlıq durumundan da danışıb:
"Zəvvarların arasında cavanı da var, yaşlısı da. Minanın ilk günü xəstələr buraya gəlib bir az durublar. Onları otelə göndərmişik. Sağlam olanlara da isti təsir edir. Yorulmalar olur. Lakin hər yerdə sərin su var və tibbi personal ayıq-sayıq çalışır. Elə ciddi xəstəlik yoxdur".
Mənbə: Modern.az
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












