Azərbaycanlılar gözlərini yeni bir ölkədə açdılar - Eldar Əzizov

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əziziov bildirib ki, bu ilin 10 noyabr səhərini azərbaycanlılar yeni, keyfiyyətcə fərqli bir Azərbaycanda, qaliblər ölkəsində açdılar. Bu gün özümüzü daha güclü və inamlı hiss edirik: “Bu artıq başqa Azərbaycandır. İndi biz ölkəmizin bu gününə uyğun şəkildə yaşamalı və yeni şanlı ənənələrimizin gələcək nəsillərə ötürülməsini təmin etməliyik. Bu çox vacibdir. Prezident İlham Əliyevin unikal siyasətinin öyrənilməsi və təbliğ edilməsinin gələcək nəsillər üçün çox böyük əhəmiyyəti var”.
Videomüşavirə gedişində koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilmiş və konkret tapşırıqlar verilib.
Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi - texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilmişdir ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyinin əyani şəkildə nümayiş etdirir.
Fidan
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO












