"Azərişıq" ermənilərin Gəncədə dağıtdığı əraziyə yeni xətt çəkəcək

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.
Avtosfer.az xəbər verir ki, V.Əhmədova hadisənin şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə ətraflı məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən "Azərişıq" əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.
Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.
Qeyd edək ki, hadisə yerində Vüqar Əhmədovla birgə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.
Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 47 nəfər yaralanıb.
Gültən
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












