Azərsu-dan yağışla bağlı - AÇIQLAMA

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin müxtəlif yerlərində su yığıntılarının müşahidə olunması məsələsinə münasibət bildirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Avtosfer.az-a açıqlamasında bildirib ki, noyabrın 16-da, səhər saatlarından Abşeron yarımadasına yağan yağıntılar ASC-nin mövcud kanalizasiya infrastrukturu, toplayıcı, daşıyıcı su xətləri fasiləsiz olaraq, pik rejimdə işləyib:
“Eyni zamanda, qurumun müvafiq strukturları da gücləndirilmiş iş rejiminə keçib. İntensiv yağıntılar daha çox Nizami rayonunun – Babək prospektinin bəzi ərazilərində, Xətai rayonunun – Nobel prospektinin bəzi hissələrində, Sabunçu rayonunun Bakıxanov, Qaraçuxur qəsəbəsində və Suraxanı rayonlarında, eləcə də, Xırdalan şəhərində bəzi yollarda su yığıntıları müşahidə olunub.
Yağıntının intensivliyi nəticəsində relyefi hündür olan ərazilərdə toplanan suların çökək ərazilərə axıb toplanması baş verib və mövcud sistemlərin gücü böyük həcmdə suyu eyni anda daşımağa imkan verməyib”.
“Balansımızda olan yağış barmaqlıqları, kollektorlar tam işlək vəziyyətdə olub və səth sularının əksəriyyəti daşıyıb. Yağışın intensivliyi azaldıqdan sonra yollarda olan sular tam çəkilib”, - deyə o qeyd edib.
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO












