”Azərsu” sədri müqavilə imzaladı

“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi imzalanıb. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Kredit sazişini Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə Bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalayıb. Kredit sazişinin imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Q. Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya Hökumətinin və şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirib. Cəmiyyətin sədri ötən il icrasına başlanılmış və Koreya Hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70 %-dən çoxunun yerinə yetirildiyini də qonaqların diqqətinə çatdırıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














