"Azəryolservis"in "Qaynar xətt"i istifadəyə verilib

2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də tədbirlər planı hazırlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-dən məlumat verilib, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də sutkalıq növbətçilik yaradılıb. Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyətə başlayır. Qeyd edək ki, “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edəcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












