“Azneft”in tarixi binasındakı kondisioner blokları sökülüb - FOTO

Paytaxtın mərkəzində yerləşən tarixi binalardan birinin fasadında aparılan dəyişikliklər diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, söhbət “Azneft” binası və onun yerləşdiyi eyniadlı meydandan gedir. Son həftələrdə binanın fasadında yerləşən kondisioner bloklarının demək olar ki, tamamilə söküldüyü müşahidə olunur.
Memar Elçin Əliyev bildirib ki, uzun müddətdir binanın ümumi görünüşünü pozan xarici qurğuların yığışdırılması nəticəsində fasad daha təmiz və estetik görnüş alıb. Onun sözlərinə görə, hazırda yalnız bir neçə kondisioner blokunun qaldığı görünür.

Ekspert qeyd edib ki, bu dəyişiklik memarlıq baxımından müsbət qiymətləndirilsə də, prosesin davamlı olub-olmayacağı sual doğurur. O, ehtimal edir ki, görülən işlər yaxın vaxtlarda Bakıda keçiriləcək beynəlxalq tədbirlərlə bağlı ola bilər.
Memarın fikrincə, əsas məsələ bu cür yanaşmanın müvəqqəti deyil, davamlı xarakter daşımasıdır. O vurğulayıb ki, tarixi və memarlıq əhəmiyyətli binaların fasadlarının qorunması yalnız xüsusi tədbirlər ərəfəsində deyil, daimi şəkildə diqqətdə saxlanılmalıdır.
Elçin Əliyev əlavə edib ki, şəhərin memarlıq simasının qorunması üçün bu kimi addımlar sistemli şəkildə həyata keçirilməli və nəzarət davamlı olmalıdır.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












