“Azparkinq”ə görə 10 qəpiklik xərcdən necə qurtulmaq olar? - AÇIQLAMA - VİDEO

Artıq 2 gündür ki, ölkənin sosial şəbəkə gündəmini parklama xidmətindən istifadə ilə bağlı mesajın ödənişli olması zəbt edib.
Avtosfer.az xəbər verir ki, “Azparkinq” xidmətindən istifadə ilə bağlı göndərilən pulsuz SMS-lər ləğv edilib. Bunun əvəzində parklamaya görə ilk 15 dəqiqəsi ödənişsiz olan xidmət göndərilən SMS-lərə görə vətəndaşlardan 10 qəpik pul tutub.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi açıqlama verib və bildirib ki, tutulan ödənişin “Azparkinq”lə aidiyyatı yoxdur.

“Bu ödənişlər operatorların, yəni “Bakcell” və “Nar” mobil operatorlarının xidmət haqqına görə tutulur. Sizə SMS gələn kimi 10 qəpik balansdan pul çıxılır. “Azparkinq” xidmətinə məsələ ilə bağlı müraciət etdik. Bizə bildirildi ki, bu ödəniş yalnız SMS xidmətindən istifadə edənlər üçün nəzərdə tutulub. Qeyd edilən operatorlardan başqa “Azercell” SMS-lər üçün heç bir ödəniş tutmur. Məlumat üçün bildirim ki, “Azparkinq” xidmətinin mobil tətbiqi də var”.
Ekspert sonda onu da vurğulayıb ki, bu mobil tətbiqdən istifadə edənlərin sayı 600 min nəfəri keçib və tətbiqdən istifadə olduqca asan və sürücülər üçün daha unikal vasitədir.
Səfər Əlizadə
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












