"Azpetrol" şirkəti də Ruslan Eyyubova məxsus imiş

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovun Azərbaycanda və xarici ölkələrdə çoxsaylı daşınmaz əmlaka və biznes obyektlərinə sahib olduğu bildirilir. Avtosfer.az-ın "Unikal”a istinadən məlumatına görə, ümumilikdə 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi və 1 sıxılmış təbii qaz (CNG) terminalı daxil olan "Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsusdur. R.Eyyubov Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyyubovun qardaşı oğludur və uzun illər ərzində böyük həcmdə sərvət toplayıb.
Xatırladaq ki, "Azpetrol” şirkəti daha əvvəl keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












