Azyaşlını zorladığı iddia olunan sürücü danışdı

Bakıda 15 yaşlı qızın zorlanması barədə yayılan məlumatların bəzi məqamları məlum olub. Avtosfer.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ötən gün azyaşlı qızın sərnişin avtobusunda zorlanması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, azyaşlı qız sərnişin avtobusunda zorlanıb. Bu barədə qızın anası Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinə müraciət edib. Müraciətin əsasında araşdırmalar başlanıb. Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin təhqiqatçısı Vüqar Babanlının verdiyi məlumata görə, əslində hadisə 13 saylı avtobusda olmayıb. “İndi araşdırmalar aparılır. Ekspertiza təyin olunub. Belə ehtimal olunur kı, azyaşlı qız Binəqədi rayonundakı kafelərin birində olub. Lakin hələlik hadisə ilə bağlı açıqlama vermək istəmirəm”, - deyə Vüqar Babanlı bildirib. Məsələ ilə bağlı sərnişin avtobusuna rəhbərlik edən kalon rəisi Zamin Sadıqovun verdiyi məlumata görə, ilk öncə məlumat daxil olan kimi, onlar da araşdırmaya başlayıb. Sonradan məlum olub ki, qızın zorlandığı iddia olunan 13 saylı 30 XS 374 dövlət nömrə nişanlı avtobus həmin saatlarda dayanacaqda olub. “Avtobusda kamera olub. Həmin hadisə avtobusda olmayıb”, - deyə Zamin Sadıqov vurğulayıb. Azyaşlı qızı zorlamaqda ittiham olunan sürücü Rəşadla da əlaqə saxladıq. Rəşad adlı şəxsin verdiyi məlumata görə, əslində həmin qızı zorlamayıb. Onunla heç bir münasibəti də olmayıb. “O qız başdan xarabdır. Hər gün avtobusda bir neçə dövrə vurur. Xəstənin biridir. Üzündən də görünür ki, onun səhhətində problem var”, - deyə Rəşad bildirib. Faktla bağlı araşdırmalar aparılır.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










