"Baboş"un evinə gedən iş adamının külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT

"Quseynoff" MMC-nin dövlətə külli miqdarda vergi borcu uzə çıxıb.
Avtosfer.az xəbər verir ki, şirkətin dovlətə olan vergi borcu 150 min manatdan çoxdur. (152492.12 AZN)
Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan Quseynoff" MMC-nin qanuni təmsilçisi, sahibi Emin Hüseynov Zahid oğludur.
Qeyd edək ki, yerli mediada gedən məlumatlara görə, E.Hüseynov sosial şəbəkədə "Baboş” ləqəbi ilə tanınan Babək Cabbarovun yaşadığı Bərdə rayonuna getnişdi.
Baboşun milyonçu dəstəkçisi kimi adı qeyd edilən Emin Hüseynov “TikTok”da “Quseynoff_009” ləqəbi ilə tanınır.
Emin Hüseynovun bahalı “Gelandewagen” maşını ilə onun evinə getməsi demək olar gündəmi və sosial şəbəkələri zəbt etmişdi.
Həmin şəxs Göygöl şəhəridə yerləşən “Quseynoff vodka” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbəridir.
Yerli mediada gedən məlumatlara görə, onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ittihamı ilə cinayət işi başlanılıb. Məlumata görə, elə həmin vaxt Satış obyektində aparılmış axtarışlarla sözügedən müəssisəyə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb. Həmçinin onun barəsində bir neçə ay bundan öncədə Gəncə şəhərində dostu ilə birlikdə şəhər sakininin üzərinə hucum edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Buna görə də Cinayət Məcəlləsinin 221.2.1 ittihamı ilə məhkum olunublar.
Qeyd edək ki, Emin Hüseynov aktiv olaraq istifadə etdiyi "Quseynoff_009" "tik tok" hesabında bazar qiyməti orta hesabla 1 milyon manat olan "Mercedes-Benz GL Serisi" markalı avtomobilibi də reklam etməkdən çəkinməyib.



Mənbə: 32gun.az
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












