“Bacanağı Kərimliyə Londondan 500 min dollar göndərib” – Məşhur bank buna görə bağlanıb? - VİDEO

AXCP sədri Əli Kərimlinin “Texnikabank”da yarım milyon əmanətinin olması yeni mövzu deyil. Bir neçə il öncə bu haqda mətbuatda yazılıb. Vəsaitin mənşəyi haqda müxtəlif mülahizələr səsləndirilir. Deyilənə görə, bu məbləği Ə.Kərimliyə Londonda yaşayan ərəb bacanağı bağışlayıb. İnandırıcı görünmür.
Yarım milyon dolları ərəb bacanaq niyə bağışlasın?
Avtosfer.az "globalinfo"ya istinadən xəbər verir ki, ADP sədri Sərdar Cəliloğlu bu günlərdə “Media Türk”də bu haqda danışıb.
Onun sözlərinə görə, Əli Kərimlinin qaynı Elnur Seyidov vaxtilə “Texnikabank”da yüksək vəzifə tutub. AXCP sədri qaynının vasitəsilə 500 min dolları sözügedən bankda əmanət kimi saxlayıb, hər ay onun 25 min dollar faiz götürürmüş. S.Cələloğlu iddia edib ki, “Texnikabank” çirkli pulların yuyulmasında iştirak etdiyi üçün ABŞ-ın tələbi ilə bağlanıb.
Elnur Seyidov 2012-ci ildə MTN tərəfindən həbs olunub. O, uzun illər dustaq həyatı yaşayıb. E.Seyidov “Texnikabank”ın “Yasamal” filialında rəhbər vəzifə tutub.

Etibar Əliyev
Xatırladaq ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyev 2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi əməliyyatı zamanı saxlanılıb. Uzun müddət MTN-nin təcridxanasında saxlanılıb. Həbsdə olarkən bank ondan alınıb, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin nəzarətinə keçib. C.Hacıyevlə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov quda olublar. Onlar birləşərək Azərbaycanın ən böyük banklardan sayılan “Texnikabank”ı ələ keçiriblər. 2015-ci ildə E.Mahmudov vəzifədən çıxarıldıqdan, Cahangir Hacıyev həbs edildikdən sonra Etibar Əliyev yenidən bankı nəzarətinə keçirə bilib. Amma həmin il ardıcıl devalvasiya olduğu üçün “reanimasiyadan” yeni çıxmış “Texnikabank” müflis oldu və bağlandı. Deyilənə görə, bankda xeyli sayda hüquqi və fiziki şəxsin əmanəti batıb.
Mətbuat Əli Kərimlinin qaynının “Texnikabank”da rəhbər vəzifə tutmasını uzun müddət müzakirə etdi. Müxalifət liderinin yaxın qohumunun belə yüksək vəzifə tutmasının Azərbaycan reallığında mümkün olmadığı vurğulanırdı. Ona görə də media bunu Əli Kərimli ilə Etibar Əliyevin gizli əlaqəsi kimi təqdim edirdi. Amma bu iki şəxsin arasında hər hansı əlaqənin olmasına dair fakt təqdim edilmədi.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










