Bakı avtobuslarında Wi-Fi nə vaxt tətbiq olunacaq?

Yeni avtobuslarda Wi-Fi avadanlıqları qurulub və hazırda onları fasiləsiz internetlə təmin edəcək operator seçilir. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Baku Bus" MMC-nin direktor müavini Vüsal Kərimli deyib. V.Kərimli bildirib ki, "Baku Bus" MMC-yə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra Wi-Fi məsələsi də öz həllini tapmış olacaq: "Baku Bus" MMC tərəfindən bütün işlər mərhələli şəkildə həyata keçirilir. Wi-Fi məsələsi son nöqtədir. Hazırda əsas məqsədimiz ictimai nəqliyyatda bizə verilmiş marşrut xətləri üzrə təkmilləşdirmə işləri aparmaqdır. Wi-Fi mobil telefon üzərindən olacaq. Şəbəkələrdə bəzən internetə qoşulmalarda kəsintilər olur. Gələcəkdə qoşulmada kəsinti olduqda, sərnişin "Baku Bus" MMC-dən narazı olacaq. Ona görə də biz prosesə tam hazır olduqdan sonra avtobuslarda internetlə təmin etməni tətbiq etmək istəyirik". Xatırladaq ki, "Baku Bus" MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. "Baku Bus" MMC-yə məxsus 150 avtobus Fransa istehsalı olan "İveco" markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












