Bakı bulvarında dəniz gəzintiləri nə vaxt mümkün olacaq? - AÇIQLAMA

Yay mövsümündə Bakı sakinlərinin və qonaqlarının əsas istirahət məkanlarından biri dəniz kənarıdır. Bir qisim çimərliklərə üz tutursa, bəziləri də dəniz gəzintilərinə üstünlük verirlər.
Ancaq təəssüf ki, uzun müddətdir, gəzinti gəmilərinə minmək mümkün deyil.
Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur? Yaxın gələcəkdə bu fəaliyyətin bərpası üçün hansı addımlar atılır?

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, gəmi gəzintilərinin dayandırılmasının səbəbi dənizdə suyun səviyyəsinin enməsidir:
"Dənizin səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ildən gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyətinin bərpası istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi aparılır".
Qeyd edək ki, 2022-ci ilin oktyabrına qədər 5 manat ödəniş etməklə gəzinti gəmisi ilə Xəzər dənizində 30 dəqiqə səyahət mümkün idi. Lakin artıq bir neçə ildir ki, bu gəmilərin fəaliyyəti dayandırılıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












