Bakı Dairəvi yolunda iki avtomobil toqquşub

Bu gecə Bakı Dairəvi yolunda yol qəzası baş verib. Hadisə yolun Lökbatan qəsəbəsi istiqamətində gedən hissəsində qeydə alınıb. Qalib Əliyevin yüksək sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Telman Ələsgərovun idarə etdiyi "VAZ-2105" markalı avtomobilə çırpılıb. Sürət yüksək olduğundan, zərbədən sonra "Mercedes" yolun kənarındakı işıq dirəyinə də dəyib. Dirək yerindən qopub, maşın isə bir neçə metr aralıya düşüb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Maşınlardan biri kanala, digəri isə yoldan bir neçə metr kənara düşdüyündən, onların evakuasiyası çətinlik yaradıb. Yol Patrul Xidmətinin əməkdaşları Dairəvi yolda avtomobillərin hərəkətini müvəqqəti dayandırmalı olublar. Faktla bağlı araşdırma aparılır. APA
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












