Bakı, Ələt və Aktau limanları arasında yükdaşıma trafiki ilin sonuna 1 mln. tona çata bilər

Bu ilin sonuna "Orta dəhliz" vasitəsi ilə Azərbaycanın Bakı, Ələt və Qazaxıstanın Aktau limanları arasında yükdaşımaların həcmi 1 mln. tona çata bilər.
Bunu "Avrasiya bağlantısı və COVID-19 pandemiyası dövründə Orta dəhlizin artan rolu" adlı beynəlxalq vebinarda çıxış edən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının Baş katibinin müavini Leyla Batırbekova deyib.
Onun sözlərinə görə, sözügedən limanlar arasında bu ilin birinci yarısında artıq 0,5 mln. ton yük daşınıb və pandemiyaya baxmayaraq, yükdaşımalar davam etdirilir.
"Şərq istiqamətində olan yükdaşımalarda çətinliklər pandemiya ilə bağlı deyil, əsasən neftin ucuzlaşması və valyuta məsələləri ilə bağlıdır. Nəticə etibarilə ixrac azalır. Qərb istiqamətində isə artım bizdə 16%, Bakı limanında isə 27% təşkil edib ki, bu yaxşı göstəricilərdir", - deyə L. Batırbekova qeyd edib.
O həmçinin əlavə edib ki, son vaxtlardakı rəqəmsallaşma sənədləşmə işlərini asanlaşdırıb və sürətləndirib. (APA)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












