Bakı Funiklyorunun üzərindəki ərazi təhlükə saçır - VİDEO

Bakı Funiklyorunun üzərindəki ərazi təhlükəli vəziyyətdədir. Sonu boşluq olan pillələrin qarşısı heç bir məhəccərlə məhdudlaşdırılmayib. Nəzarətsiz qalan istənilən uşaq oradan funikulyorun relslərinin üzərinə yuvarlana bilər.
Avtosfer.az-ın məlumatına görə, təxminən 7-8 metr hündürlüyündə olan bu yer dağüstü parkın ərazisindədir. Aşağısından isə Bakı Funikulyoru keçir. Pillələrin sonunda hərəkət heç bir məhəccər, yaxud xəbərdaredici nişanla məhdudlaşdırılmayıb. Sakinlər deyirlər ki, nəzarətsiz qalan istənilən uşaq burada faciəylə qarşılaşa bilər. Sakinlərin sözlərinə əsasən, ərazidə xəbərdaredici vasitənin olmaması, nəinki uşaqlar üçün, həmçinin gecə saatlarlında böyük insanlar üçün də təhlükə yarada bilər. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Funikulyoru unikal memarlıq abidəsidir və qeyd edilən məsələ mütəxəssislər tərəfindən araşdırılmalıdır. Onların qərarına əsasən müvafiq tədbirlər görülə bilər. Vətəndaşların park ərazisində sərbəst və maneəsiz hərəkətinin təmin edilməsi üçün lazımi işlər görüləcək.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











