Bakı ilə Qahirə arasında birbaşa uçuşlar açıla bilər

"Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır".
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir Ərəb Respublikasının Milli Gününün 72-ci ildönümü ilə bağlı tədbirdə bildirib.
Nazir qeyd edib ki, hazırda "Azərbaycan Hava Yolları" (AZAL) Bakı ilə Şarm Əl-Şeyx arasında uçuşlar həyata keçirir:
"Nəzərə alsaq ki, Misirə səyahət edən azərbaycanlıların sayı təxminən 3 dəfə artıb, birbaşa uçuşlar bu rəqəmləri daha da artıra bilər".
R.Nəbiyev bildirib ki, bu ilin sonunadək iki ölkə arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının keçiriləcəyi planlaşdırılır:
"Azərbaycanla Misir arasında münasibətlər inkişaf edir. Bu il münasibətlərin 32 ildönümüdür. İndiyədək ölkələr arasında 49 sənəd imzalanıb. 2024-cü ilin 6 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb".
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












