Bakı Kənar Dairəvi yolundakı sürüşmə ilə bağlı AÇIQLAMA - FOTOLAR

Bakı Kənar Dairəvi 1 avtomobil yolunun sol tərəfindəki yamacda uçma hadisəsi baş verib. Proses üç gün bundan əvvəl başlayıb, bu gün son mərhələsi baş verib.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
"Səhər saatlarında tərəfimizdən əraziyə baxış keçirilib, araşdırmalar aparılıb. Göründüyü kimi yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qopub 50sm yerini dəyişmiş və stabil vəziyyətdə qalıb. Lakin yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır, hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmayıb, nəqliyyatın hərəkətinə maneə yaranmayıb", - deyə o qeyd edib.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?





















