Bakı Limanı ötən il yükaşırmanı 3%-dən çox artırıb

Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7,6 milyon ton olub ki, bu da 2023-ci ilin müvafiq göstəricisindən 3.2% çoxdur. Belə ki, konteyner daşınmasında 73%-dən çox, ümumi yükaşırma həcmində 3%-dən çox, təkərli texnikanın daşınmasında isə 7% dən çox artım olub.
Limandan Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. Təkcə ötən il ərzində Bakı Limanında 76.775 TEU ekvivaletində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 73%-lik artımın göstəricisidir.
2024-cü il ərzində Bakı Limanında qəbul edilən və yol salınan təkərli texinakaların sayı isə 58 169 ədəd olub ki, bu da bir əvvəlki illə müqayisədə 7.2%-lik artım deməkdir.
Eyni zamanda ötən il ərzində limanda aşırılan quru yükün həcmi 1 milyon 44 min tondan çox, vaqon sayı isə 37 515 ədəddən çox olub ki, bu göstəricilər də bir il əvvəlki illə müqayisədə artımdan xəbər verir.
Ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi yəni 70% -i tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən Orta Dəhlizə olan marağının nəticəsidir.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO











