Bakı məktəbinin ən yaxşı müəllimlərindən biri intihar edib - FOTO

Bakıda intihar hadisəsi baş verib. Hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Naidə İsayeva çoxmərtəbəli binadan özünü ataraq intihar edib. Məlumata görə, N.İsayeva 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olub. 121 nömrəli tam orta məktəbdən faktı təsdiqləyiblər. Məktəbdən bildiriblər ki, N.İsayeva sentyabrın 16-da özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb. "Biz bu barədə bir söz deyə bilmərik. Bircə onu deyə bilərik ki, məktəbin ən yaxşı müəllimlərindən olub. Bizə zəng edib bildirdi ki, özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcək. Naidə İsayeva sentyabrın 15-də məktəbdə olub. Nə hadisə baş veribsə, ailəsində olub", - deyə məktəbdən bildiriblər.
Məktəbdən N.İsayevanın subay olduğu qeyd edilib. (sputnik.az)

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












