Bakı Metropoliteni "Qarabağ"ın müraciətinə sabah cavab verəcək

Oktyabrın 1-də "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək. Təbii ki, matçın bu saatda başlaması azarkeşlərin stadiona axınına təsir etməyə bilməz. Oyunun təxminən gecə saat 00:00 radələrində başa çatacağını nəzərə alsaq, stadiona toplaşan azarkeşlərin evə qayıtmaq məsələsi yenə də problemə dönəcək. Əsas ictimai nəqliyyat vasitəsinin metro olduğunu nəzərə alsaq, sözsüz ki, "Qarabağ" iş qrafikinin artırılması üçün "Bakı Metropoliteni" QSC-yə müraciət etməlidir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında metronun iş qrafikinin uzadılması ilə bağlı "Qarabağ"dan məktub aldıqlarını bildirib. O deyib ki, müraciətə baxıldıqdan sonra sabah rəsmən cavablandırılacaq.
Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" ilə Yunanıstan PAOK-u arasında keçirilmiş qrup mərhələsinin ilk tur matçından sonra da analoji problem baş vermişdi. Yunanıstan PAOK-u ilə qarşılaşma saat 22:00-a təyin olunduğundan, azarkeşlərin metro ilə evə qayıtmaq şansları heçə enmişdi. "Report"un məsələ ilə bağlı yazısından sonra klub rəhbərliyi "Bakı Metropoliteni" QSC-yə müraciət edərək iş vaxtının artırılmasını xahiş etmişdi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












