Bakı metropolitenində sərnişin sayı azalıb

Bakı metropolitenində gündəlik sərnişin sayı azalıb.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Bakı metropolitenində gün ərzində orta hesabla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşınır:
"Məlumdur ki, ölkəmizdə yeni növ koronavirus (“COVID-19”) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Sentyabr ayında bir qayda olaraq, yeni tədris mövsümü başlanır və fəal istirahət dövrü başa çatır. Sərnişindaşımanın azalmasının səbəbi bu il tədris mövsümünün yeni qaydalar üzrə başlanması, eləcə də idarə, müəssisə və təşkilatların işinin müəyyən edilmiş qaydalara uyğun tənzimlənməsidir".
B.Məmmədov qeyd edib ki, mövcud şəraiti və tələbləri nəzərə alaraq, Bakı metropolitenində sərnişinlərin ictimai nəqliyyatda metodiki göstərişlərin tələblərinə riayət etməsinin, xüsusilə də sosial məsafənin qorunmasının təmin edilməsi məqsədilə qatarların hərəkəti ən optimal hərəkət qrafikinə uyğun tənzimlənir, metropoliten gücləndirilmiş iş rejimi şəraitində çalışır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












