Bakı metrosunda dolaşan kabus: Necə xilas olaq?
Bir sıra xarici ölkələrdəki metrostansiyalarda təhlükəsizlik məqsədilə platforma ilə relslər arasında arakəsmə mövcuddur. Bunun olması sıxlıqla bağlı xoşagəlməz hadisələrin qarşısını alır. Bir neçə gün bundan öncə Bakı metrosunda yaşanan bədbəxt hadisə belə bir məsələni yenidən gündəmə gətirib ki, bizdə də oxşar təhlükəsizlik tədbirinə ehtiyac var. Çünki pik saatlarda metrostansiyalarda sıxlıqla əlaqədar analoji halların təkrarlanması qaçılmazdır.
Avtosfer.az xəbər verir ki, problemi “Yeni Sabah”a şərh edən təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, metrostansiyalarda təhlükəsizlik qapılarının olması vacib olsa da, bunun ərsəyə gətirilməsi olduqca mürəkkəbdir:
“Metrostansiyalarda təhlükəsizlik üçün arakəsmənin qoyulması inşa zamanı layihədə nəzərdə tutulan bir prosesdir. Bu, layihələndirmədə infranstruktur nəzərə alınaraq həyata keçirilməlidir. Daha sonradan da təhlükəsizlik üçün belə bir addım atıla bilər. Hətta dünya təcrübəsində də buna oxşar nümunələr var. Ancaq bu düşünüldüyü qədər sadə bir şey yox, olduqca mürəkkəb bir prosedurudr. Bir-iki gün ərzində quraşdırılması mümkün deyil”.
Ekspert bildirib ki, bədbəxt hadisələrin qarşısının alınması üçün kifayət qədər önləyici təlimatlar var:
“Təhlükəsizlik qapılarının olması insanların ehtiyatsızlıqdan qatar relsinin üzərinə düşüb xəsarət alması, həyatını itirməsi kimi hadisələrin qarşısını alır. Təhlükəsizlik cəhətdən tədbirlər planının bir hissəsi kimi qəbul edilir. Lakin təhlükəsizlik üçün nəzərdə tutulan digər amillər, metrostansiyanın içərisində təhlükəsizlik xəttinin keçilməməsi kimi kifayət qədər önləyici tədbirlər, təlimatlar var ki, sərnişinlər buna diqqət etməlidirlər. Ani bir ehtiyatsızlıq, yaxud sərnişinlərdən birinin digərinə toxunması onların relslərin üzərinə düşməsinə, həmçinin digər bədbəxt hadisələrə yol aça bilər. Bunlar kompleks tədbirlər planının bir hissəsidir. Təhlükəsizlik qapılarının da quraşdırılması daha yaxşı olar. Yenə də qeyd edim ki, bu asan iş deyil. Bu işin ərsəyə gəlməsi üçün geniş layihə hazırlamaq lazımdır”.
İş saatlarının dəyişdirilməsi tıxacları azaldacaq? – Ekspertdən AÇIQLAMA
Hazırda bu yollarda sıxlıq var - SİYAHI
Yerli istehsalın inkişafı ölkədəki qiymətlərin enməsinə səbəb ola bilər? – Ekspertdən AÇIQLAMA
Bulvardan “Əhmədli”yə qayıq maşrutu ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Dəmir yolları ətrafında yaşayanların keçidlərdən istifadə etməməsi nələrə səbəb olur? - AÇIQLAMA
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar
Azovda həlak olanların nəşi vətənə gətirildi - FOTO
Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ
Bu qanuna dəyişiklik edildi - Prezident Fərman imzaladı
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ










