Bakı metrosunda intiharların qarşısını necə almaq olar?

Bakı metrosunun yeni tikiləcək stansiyalarında sərnişinlərin təhlükəsizliyi və intihar hallarının qarşını almaq üçün platformlara yaxın yerdə sədlərin tikilməsi istisna olunmur.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, sözügedən məsələ bəsit görünsə də, sadə proses deyil: "Sərnişinlərin təhlükəsizliyi məsələsi mürəkkəb məsələ olduğundan yalnız stansiyaların layihələndirilməsi zamanı nəzərə alına bilər. Bizdə də indiyə qədər belə bir layihə olmayıb. Amma gələcəkdə, təbii ki, ola bilər. Yəqin ki, bununla bağlı müvafiq qərarlar verilə bilər".
Ekspert Azər Allahverənovun isə sərnişinlərin təhlüksəziliyi ilə bağlı öz düşüncələri var. Onun fikirincə, xarici ölkələrin metro stansiyalarındakı səddlər də çox ciddi effekt vermir. O, bunu belə əsaslandırır: "Sədlər nə qədər hündür olsa belə, intihar etmək istəyən şəxs öz istəyini həyata keçirə bilər. Ona görə də elə bir mexanizm düşünmək lazımdır ki, həqiqətən də, insanların təhlükəsizliyinə xidmət etsin. Məsələn, düşünürəm ki, ilk növbədə, sürət həddini müəyyənləşdirmək və azaltmaq lazımdır. Çünki qatarlar stansiyaya sürətlə daxil olur. Bu elementi diqqətdə saxlmaq və elə etmək lazımdır ki, maşinist kiminsə relsə düşdüyünü gördüyü halda əyləci basıb qatarı saxlamaq imkanına malik olsun".
Qeyd edək ki, sentyabrın 5-də metronun "28 May" stansiyasında 18-20 yaşlarında bir oğlan özünü qatar reyslərinin üstünə ataraq intihar etmişdi. Bu hadisədən sonra metroda sərnişinlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












