Bakı metrosunda konsert olacaq

Bakı Metropoliteni dünya şöhrətli bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək məqsədilə metronun stansiyalarında təşkil edilən mini-konsert proqramlarını davam etdirəcək. Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib: "Xəzər dənizində "Günəşli” yatağında baş vermiş qəzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq ötən həftə bu məsələyə fasilə verdik. Amma dekabrın sonunadək hər həftənin cümə günləri "28 May”, şənbə günləri isə "İçərişəhər” stansiyalarında sərnişinlərə yalnız Üzeyir Hacıbəyovun bəstələrindən ibarət canlı musiqi nümunələri təqdim olunacaq”.
Xatırladaq ki, bir neçə gün əvvəl "28 May” stansiyasının əsas girişində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərin ifası qarşılayıb.
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI










