Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA

"Mayın 26-dan etibarən Bakı-Tbilisi sərnişin qatarlarının fəaliyyətinin bərpa edilməsi regionda nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir". Avtosfer.az xəbər verir ki, bu fikirləri "Redaktor.az"a Bakı-Tbilisi sərnişin qatarının yenidən fəaliyyətə başlaması haqqında danışan deputat Azər Badamov səsləndirdi.
O əlavə etdi ki, 18 may tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri çərçivəsində bu qərarın elan olunması, uzun müddətdir gözlənilən mühüm bir addım kimi ictimaiyyət tərəfindən qarşılanıb:

"Bakı-Tbilisi sərnişin qatarlarının yenidən hərəkətə başlaması insanların Gürcüstana səfərlərini asanlaşdırmaqla yanaşı, region ölkələri arasında hərəkətliliyin artmasına da xidmət edəcək. Bu qərar təkcə turizm və şəxsi səfərlər üçün deyil, həm də iqtisadi və humanitar əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sərnişin daşımalarının dəmir yolu ilə bərpası Azərbaycan və Gürcüstan arasında nəqliyyat inteqrasiyasını gücləndirəcək və Orta Dəhliz üzrə əlaqələrin inkişafına əlavə töhfə verəcək. Eyni zamanda, perspektiv baxımından Azərbaycan ilə Rusiya arasında sərnişin qatarlarının fəaliyyətinin bərpası da aktual mövzulardan biridir. Uzun müddətdir quru sərhədlərin bağlı qalması səbəbindən səfər imkanları məhdudlaşmış və insanların hərəkət azadlığı müəyyən çətinliklərlə üzləşmişdir. Bu baxımdan dəmir yolu sərnişin daşımalarının bərpası həm humanitar, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir".
A.Badamov Bakı-Moskva sərnişin qatarının bərpasının mümkünlüyü barədə sualımızı da cavablandırdı:
"Rusiya istiqamətində sərnişin qatarlarının fəaliyyətinin bərpası Azərbaycan və Rusiya arasında mövcud olan iqtisadi, mədəni və ailəvi əlaqələrin daha da möhkəmlənməsinə, həm Azərbaycandan Rusiyaya, həm də Rusiyadan Azərbaycana səfər etmək istəyən insanların rahatlığının təmin olunmasına xidmət edə bilər. Qeyd edim ki, region ölkələri ilə dəmir yolu əlaqələrinin genişləndirilməsi Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəkdir".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












