Bakı sakinlərinə şad xəbər: Yeni ASAN Xidmət Mərkəzi açılır

Bakıda yeni ASAN Xidmət Mərkəzi açılacaq. Lent.az-ın məlumatına görə, Sabunçu rayonunda inşa olunan yeni mərkəz binasında son-tamamlama işləri həyata keçirilir. Yeni bina Bakıxanov qəsəbəsi Sülh küçəsi 35 ünvanında yerləşir. Burada Sabunçu rayonunun əhalisinə xidmət göstəriləcək. Mərkəzin may ayında istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, Sabunçu rayonunun əhalisinin sayı 250 min nəfərə yaxındır. Bu rayonun əhalisi əsasən Bakının kənd və qəsəbələrində yaşayanlardır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət Mərkəzləri 2012-ci ildə yaradılıb. Hazırda Bakının bir neçə rayonunda bu mərkəzlər əhaliyə xidmət göstərir. Həmçinin ASAN Xidmətin səyyar qrupu vaxtaşırı olaraq rayonlara səfər edir və kənd rayonlarında fəaliyyət göstərir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












