Dövlət Yol Polisi İdarəsindən bütün hərəkət iştirakçılarına - XƏBƏRDARLIQ

Bakı şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumatda bildirilir ki, dekabrın 10-da Bakının mərkəzi olan Azadlıq meydanında keçiriləcək “Zəfər paradı” ilə əlaqədar texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq Meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər Prospekti, Azneft Meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.
Keçirilən tədbirlərin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdə avtomobil hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə:
- Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar Dairəvi yol istiqamətinə;
- Bayıl qəsəbəsi Su İdmanı Sarayı yanından Xanlar küçəsinə;
- Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q. Abbasov və Saraykin küçəsinə?
- M. Hüseyn, T. Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə;
- Nobel prospekti N. Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə;
- A. Cəlilov küçəsinin A. İsmayılov, N. Əliyev, F. Bayramov və Y. Səfərov küçələri ilə 10-cu zavod dairəsinə;
- Y. Səfərov, Ə. Quliyev və 28 May küçələri kəsişməsindən D. Əliyeva küçəsi istiqamətinə;
- 28 May küçəsinin R. Zorge, K. Səfərəliyeva, Puşkin, S. Vurğun, R. Behbudov küçələri, Azadlıq və Bülbül prsopektləri kəsişməsindən A. Bakıxanov və Füzuli istiqamətinə hərəkət müəyyənləşdirilir"
Fidan
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












