Bakı Şəhər Halqası: Bağlanan yollar rekord sürətdə təhvil verilib

Bakı Şəhər Halqasına aid olan küçə və prospektlərdə, Formula-1 azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq yığışdırılıb.
Avtosfer.az xəbər verir ki, bununla, Formula-1 Azərbaycan Qran Prisinin keçirildiyi son altı ildə, yollar, bir həftə olmaqla ən qısa zaman müddətində bərpa edilərək, nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.
“2022–ci il Formula-1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaqdır” - deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov bildirib.
Xatırladaq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022–ci il Formula-1 Azərbaycan Qran Prisi 3 gün davam etməklə 10-12 iyun tarixlərində baş tutub.
Apasport.az
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












