Bakı-Sumqayıt elektrik qatarları ilə bağlı dəyişiklik - CƏDVƏL

Qatarların hərəkət sürətinin artırılması istiqamətində işlərin görülməsi ilə əlaqədar Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov milli.az-a bildirib ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının mənzil başına çatma vaxtı 48 dəqiqə olub: "Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır. Sentyabrın 22-də gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys ediblər. Onlardan 8-i Bakı-sərnişin stansiyasından Sumqayıt-sərnişin stansiyasına, 8-i isə əks istiqamətə hərəkət edib. Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı aşağı salınacaq".
N.Əzməmmədovun sözlərinə görə, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək: "Bəzi mətbuat orqanlarında Bakı-Sumqayıt elektrik qatarının Siyəzənə hərəkət etməsi ilə əlaqədar olaraq bir daha bildiririk ki, qatar Bakı-sərnişin stansiyasından çıxaraq Baş Sumqayıt stansiyasına daxil olmaqla Sumqayıt-sərnişin stansiyasına hərəkət edib. Mətbuatda yazılanlar şər-böhtandan başqa bir şey deyil. Kütləvi informasiya vasitələri nümayəndələrinin diqqətinə çatdırırıq ki, belə dezinformasiyanı yaymamışdan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi ilə əlaqə saxlayıb dəqiqləşdirsinlər".
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının müvəqqəti hərəkət cədvəli
16.09.2015-dən
|
Qatar № |
Bakıdan getmə vaxtı |
Sumqayıta çatma vaxtı |
Sumqayıtdan çıxma vaxtı |
Bakıya çatma vaxtı |
|
5405/6002 |
0510 |
0558 |
0640 |
0728 |
|
6003/6004 |
0530 |
0618 |
0710 |
0758 |
|
6005/6006 |
0650 |
0738 |
0755 |
0843 |
|
6007/6008 |
0750 |
0838 |
0900 |
0948 |
|
6009/6010 |
1600 |
1648 |
1710 |
1758 |
|
6011/6012 |
1725 |
1813 |
1830 |
1918 |
|
6013/6014 |
1825 |
1913 |
1930 |
2018 |
|
6015/9016 |
1925 |
2013 |
2030 |
2118 |
Qeyd: qatar Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində və geriyə hərəkət edir.
Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ








