Bakı-Sumqayıt qatarı səhər 6-dan işləyə bilər

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri işləri, demək olar ki başa çatmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-a "Azərbaycan Dəmir Yolları"QSC mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının inzibati binasında məskunlaşan 52 məcburi köçkün ailəsinin hər birinə 30 min manat ödənilərək ərazidən köçürülüb. Hazırda ərazidə söküntü işləri aparılır: "Yeraltı keçid və platformalarda son tamamlama işləri gedir. Hazırda qalan yolun təmiri və 1,6 kilometr yeni yolun çəkilişinə başlanıb. Torpaq yatağında işlər qurtarıb, yolun çəkilməsinə başlanılır. Bütün işlərdə tamamlama işləri aparılır. İşlər sentyabrın 15-dək yekunlaşacaq".
Qiymət məsələsinə gəldikdə, N.Əzməmmədov bu barədə Tarif Şurasına müraciət etdiklərini və cavab gözlədiklərini deyir: "Gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə hələ baxılmayıb. Bilet satışı terminallar vasitəsilə avtomatik həyata keçiriləcək. İndi ödəniş nağd formada olsa da, gələcəkdə kart sisteminə keçiləcək".
Mətbuat katibi kart sistemində "Bakı Kart"lardan istifadə edilməsinə gəldikdə, hələ bu barədə qərar verilmədiyini, bu istiqamətdə iş apardıqlarını dedi. O, həmçinin Bakı-Sumqayıt sərnişin qatarlarının intervalın müəyyənləşdirilməsi üzərində iş aparıldığını bildirdi: "Hazırda sərnişindaşıma departamentində qrafik hazırlanır, bilet satışının tənzimlənməsi ilə bağlı müzakirələr aparılır. Səhər 07:00-dan 12:00-a qədər Sumqayıtdan Bakı istiqamətində, axşam saat 16:00-dan 21:00-a qədər Bakıdan-Sumqayıta qədər sıxlıq müşahidə edilir. Bunu nəzərə alaraq həmin saatlarda intervalı azalda bilərik. Bundan başqa, qatarların iş saatı 06:00-dan başlaya bilər".
N.Əzməmmədov bildirib ki, Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla "Stadler Rail Group" şirkətinin 3 "KİSS" markalı iki mərtəbəli qatar və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istifadə ediləcək.
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA








