Bakı-Sumqayıt qatarında gediş haqqı bəlli oldu - CƏDVƏL

Bakı-Sumqayıt elektrik qatarları üçün tariflər müəyyənləşdirilib. Azərbaycan Tarif Şurasından Avtosfer.az-a verilən məlumata görə, şuranın bu gün keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.
Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.
Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.
Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri:
1. Bakı-Sumqayıt-Bakı qatarı
1.1. Bakı - Sumqayıt 0,80
1.2. Bakı - Biləcəri 0,20
1.3. Bakı - Xırdalan 0,30
1.4. Bakı - Keşlə 0,20
1.5. Bakı - Koroğlu 0,20
1.6. Bakı - Bakıxanov 0,30
1.7. Bakı - Sabunçu 0,30
1.8. Bakı - Zabrat 0,40
1.9. Bakı - Pirşağı 0,50
1.10. Biləcəri - Xırdalan 0,20
1.11. Biləcəri - Sumqayıt 0,60
1.12. Xırdalan - Sumqayıt 0,40
1.13. Keşlə - Koroğlu 0,20
1.14. Keşlə - Bakıxanov 0,30
1.15. Keşlə - Sabunçu 0,30
1.16. Keşlə - Zabrat 0,40
1.17. Keşlə - Pirşağı 0,50
1.18. Keşlə - Sumqayıt 0,70
1.19. Koroğlu - Bakıxanov 0,20
1.20. Koroğlu - Sabunçu 0,30
1.21. Koroğlu - Zabrat 0,30
1.22. Koroğlu - Pirşağı 0,50
1.23. Koroğlu - Sumqayıt 0,60
1.24. Bakıxanov - Sabunçu 0,20
1.25. Bakıxanov - Zabrat 0,20
1.26. Bakıxanov - Pirşağı 0,40
1.27. Bakıxanov - Sumqayıt 0,60
1.28. Sabunçu - Zabrat 0,20
1.29. Sabunçu - Pirşağı 0,40
1.30. Sabunçu - Sumqayıt 0,50
1.31. Zabrat - Pirşağı 0,30
1.32. Zabrat - Sumqayıt 0,50
1.33. Pirşağı - Sumqayıt 0,40
Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.
Fidan
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












