Bakı-Sumqayıt qatarında vahid kartın istifadəsinə nə vaxt başlanılacaq?

Bakı-Sumqayıt sərnişin qatarında vahid kart sisteminin tətbiqi istiqamətində işlər sürətlə davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azərbaycan Dəmiryolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, stansiyalarda "Bakı Kart" terminalları quraşdırılsa da, sərnişinlərin ondan nə vaxt istifadə edəcəklərini demək çətindir: "Bakıdakı Dəmir Yolu Vağzalında artıq terminallar var. Amma buna baxmayaraq, hələlik sərnişinlər arasında gediş-gəliş haqqı nəğd hesablaşma ilə həyata keçirilir. Sərnişinlərin "Bakı Kart"dan istifadə etməsi üçün işlər sürətlənib".
N.Əzməmmədov Bakı-Sumqayıt qatarına əhali tərəfindən böyük marağın olduğunu qeyd edib və bildirib ki, bu istiqamətlərdə sərnişin sıxlığı olur.
Qurum rəsmisi vurğulayıb ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, amma gələcəkdə sərnişin sıxlığını nəzərə alaraq qatarların sayının artırılması istisna deyil.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












