Bakı-Sumqayıt qatarının sərnişinlərinin nəzərinə

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun təmiri başa çatdıqdan sonra bu gün ilk işçi qatarı Bakıdan Sumqayıta yola düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov fins.az-a bildirib ki, ilk işçi qatarı ilə dəmiryolunun əməkdaşları yola düşüb. Məqsəd yola baxış keçirtmək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırmaqdır.
Bakıdan Sumqayıta 40 dəqiqəyə
Yeni dəmiryolunun sentyabrın 15-də işə düşəcəyi gözlənilir. 63 kilometrlik dəmiryolunun təmiri 6 aya başa çatıb. Yeni yolla qatar Bakı Dəmiryol Vağzalından Sumqayıt vağzalına 40 dəqiqəyə çatacaq.
Qatar "Koroğlu"dan keçməyəcək
Qeyd edək ki, indiyədək Bakı-Sumqayıt qatarının metronun "Koroğlu" stansyasından keçəcəyi də bildirilirdi. Nadir Əzməmmədov isə bildirib ki, sərnişin qatarı ilkin olaraq Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt vağzalı marşrutu üzrə hərəkət edəcək. Yəni qatar hələ ki, metronun "Koroğlu" stansiyasını görməyəcək. Tədricən Sumqayıdan Abşeron rayonunun Saray, Goradil, Fatmayi, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək. Beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
Qatara bileti avtomatlar satacaq
Bakı-Sumqayıt qatarına bileti vağzallarda almaq mümkün olacaq. İlkin mərhələdə sərnişinlər bileti həm kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə bilet ala biləcəklər. Sonradan isə biletlərin kartla satış sistemi də tətbiq olunacaq. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq.
8 qatar işləyəcək
İlkin dövrdə Bakı-Sumqayıt dəmiryolu ilə 8 qatar işləyəcək. Səhər saat 6-12 arasında Sumqayıtdan Bakıya gələn qatarların sayı çox olacaq. Axşam saat 4-dən gecə 12-dək olan müddətdə isə Bakıdan Sumqayıta gedən qatarlar daha çox olacaq. Bu, sərnişin axınının düzgün qarşılanması üçün müəyyən edilib.
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN










