Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan yeni xəbər

Dünən Bakı-Sumqayıt yolundakı baş verən dəhşətli qəzada xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağırdır. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyindən bakuws-ə verilən məlumata görə, vəziyyəti ağır olan Elçin İsayev və Elza Hüseynova Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Digər yaralıların isə vəziyyəti orta-ağır olaraq qalır. Həkimlər onlara nəzarət edir. Qeyd edək ki, Bakı-Sumqayıt yolunda "Ford Tranzit” markalı mikroavtobus idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Qəza nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Sumqayıt xəstəxanasına yerləşdirilən yaralılardan biri Ofeliya Məmmədova dünyasını dəyişib.
Yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlardan bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur.
Qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












