Bakı-Tiflis-Qars dəmir yolunda oğurluq

Gürcüstanın Tetri-Tskaro rayonu ərazisindəki Marabda-Kartsaxi dəmir yolunda oğurluq hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, 1984-cü il təvəllüdlü N.Qoça, 1975-ci il təvəllüdlü A.Quram və 1986-cı il təvəllüdlü A.Cemal DİN əməkdaşları tərəfindən saxlanılıb.
DİN-nin məlumatda bildirilib ki, dəmir yolunda oğurluq edən üç nəfər şəxs 500 metr mis kabeli kəsib. Hadisə yerində N. Qoça saxlanılıb. Operativ-istintaq tədbirləri nəticəsində oğurluqda iştirak etmiş digər iki şəxs də saxlanılıb. Oğurluq edən şəxslər günahlarını etiraf ediblər. Onların etirafına əsasən, dəmir yolunda həyata keçirdikləri oğurluq ilk dəfə deyil. Onlar əvvəllər də Marabda-Kartsaxi dəmir yolundan 200 metr mis kabel oğurlayıblar.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












