Bakı tıxaclarından çıxış yolu…- Partiya sədrindən TƏKLİF

Bakı şəhəri yaşanılmaz olub, tıxaclar, ictimai nəqliyyatın bərbad olması – bütün bunlar nəticədir, nə qədər ki, hökumət səbəblərdən deyil də, nəticədən danışmağa davam etsə, heç nə dəyişməyəcək.
Ölkənin bütün iqtisadi, elmi, ictimai, mədəni fürsətləri Bakıya toplanıb, regionlarda iş yerləri ilə bağlı problemlər olduqca, ictimai və mədəni həyat “boz” rəngdə qaldıqca, nəticə dəyişməyəcək.
Bu barədə Real Partiyasının sədri Natiq Cəfərli bildirib. O qeyd edib ki, tıxacları yaradan çoxsaylı səbəblərdən biri də məktəb və Universitetlərin işinin doğru qurulmamasıdır:
“2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 422 ümumi təhsil müəssisəsi (orta məktəb) var, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır. Məktəblərin cəmi 8,8%-i və ya 389-u Bakıda fəaliyyət göstərsə də, paytaxtda oxuyan şagirdlərin sayı 542 min 919 olub və ümumi şagirdlərin 31,8%-ni təşkil edib. Yəni, məktəblərin cəmi 8,8%-i Bakıda olsa da, ölkə üzrə oxuyan uşaqların 32%-ə yaxını Bakıda təhsil alır. Bakı məktəblərində təhsil verən müəllim sayı 30 mindən çoxdur.
Açığı, şagirdlərin neçə faizinin 1-ci və 2-ci növbədə oxuduqları ilə bağlı ayrıca statistika tapa bilmədim, amma dəqiqdir ki, şagirdlərin böyük əksəriyyəti 1-ci növbədə təhsil alır. Beləliklə, hər gün səhər saat 07:15-08:00 arası 400 minə yaxın şagird, 30 min müəllim (rəqəmlər təqribidir, amma reallığa yaxındır) 389 dövlət, 28 özəl məktəblərə tələsirlər.
Bu insanların hətta yarısı belə avtomobillə məktəblərə gəlsələr, bu o deməkdir ki, səhər saat 07:15-08:00 arası 200-250 min avtomobil yollara çıxır, uşaqları məktəbə aparır. Yaxşı, bunu həll etmək beləmi çətindir?! Anladıq, hökumət dövlət hesabına “SchoolBus” təşkil edə bilmir-istəmir, amma tədris saatını, ona uyğun da iş saatlarını ki, tənzimləyə bilər. 400 minə yaxın şagird və müəllimin 100 mini saat 08:00-də, 150 mini 09:00-da, 150 mini isə 10:00-da dərsə gəlsə, valideynlər üçün də iş yerlərində 8 saatlıq iş rejimi saxlamaqla əsnək iş rejimi tədbiq olunsa pismi olar?! İş saatları 08:00, 09:00, 10:00 başlaya bilər, 8 saatlıq iş rejimi qalmaqla ona nail olacağıq ki, axşam saatlarında da hamı birdən işdən dönməyəcək, çalışan insanlar 17:00-19:00 arası işdən çıxacaqlar ki, bu da axşam tıxaclarının, ictimai nəqliyyatın yükünün azalmasına səbəb olacaq”.
Partiya sədri bildirib ki, bu yanaşma Universitetlərdə də tədbiq oluna bilər:
“Yəni, əlavə vəsait, xərc tələb etməyən həll yolları tapmaq olar ki, şəhər bir az nəfəs alsın. İctimai nəqliyyatın idarəetməsini təkmilləşdirməklə, tədris və iş saatlarını tənzimləməklə problemi bir xeyli azaltmaq mümkündür”.(tribuna.info)
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım










