Bakı və ətrafında istismarda olan avtobusların sayı artırılacaq - AYNA

Bakı şəhərində və ətraf ərazilərində istismar olunan avtobusların sayının 2500-ə çatdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.
"Sərnişindaşımada xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə avtobus parkının yenilənməsi, avtobusların sayının artırılması mərhələli şəkildə davam etdirilir. Belə ki, COP29 konfransı ərəfəsində ölkəyə gətirilmiş 160 ədəd müasir elektrikli avtobus paytaxtın marşrut xətlərində istismara verilib. Bundan başqa, özəl daşıyıcı şirkətlər də parkın yenilənməsi prosesində fəal iştirak edir. Onlar ötən il ekoloji təmiz texnologiyalar əsasında çalışan 60-dan artıq avtobus alıb, bu il isə əlavə təqribən 200 bu tipli avtobusun alınması nəzərdə tutulur”, - deyə o qeyd edib.
Nəqliyyat rəsmisi xatırladıb ki, ötən il 200 avtobus təmir olunaraq yenidən istismara buraxılıb:
“Bununla paytaxtda və şəhərətrafı ərazilərdə müntəzəm marşrutlarda istismar olunan avtobusların sayı 2 160-a çatıb. Yaxın zamanlarda bu rəqəmin 2500-ə çatdırılması planlaşdırılır. Mobilliyin transformasiyası və marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində avtobus parkının yenilənməsi prosesi ölkənin bölgələrini də əhatə edir”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












