Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının hərəkəti nə zaman bərpa edilir? - RƏSMİ

Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyətini bərpa edəcəyi tarix bəlli olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülərək yenidən yenisi ilə əvəzlənən Xırdalan dairəsindəki dəmir yolu körpüsündə işlər yanvarın 20-dək yekunlaşacaq:
“Mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün yenisi ilə əvəz edildi. Tikilən yeni dəmir yolu körpüsündə kontakt şəbəkədə dəyişən cərəyana keçidlə bağlı rekonstruksiya işləri davam edir. Sözügedən işlərin yanvarın 20-dək yekunlaşdırılması nəzərdə tutulur”.
Xatırladaq ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti ötən il avqustun 10-dan etibarən müvvəqəti olaraq dayandırılıb.
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI











