Bakıda 120 «London taksisi» cərimə meydançasına salındı

Bakıd “London-Taxi”ləri ilə bağlı milli.az-a maraqlı məlumat daxil olub. Sayt həmin taksilərin gömrük əməkdaşları tərəfindən müsadirə olunması barədə məlumat əldə edib. Məlumatda deyilir ki, Gömrük Komitəsinin dayanacağına artıq 120 taksi aparılıb. Taksilərin əksəriyyəti elə yoldan birbaşa dayanacağa gətirilib. Səbəb isə həmin taksilərdən 520 ədədinin “rastamojka” olunmamasıdır. Sayt əməkdaşı məlumatın dəqiqləşdirilməsi üçün şəhərdə 10-dan artıq “London-Taxi” sürücüsü ilə söhbətləşib. Onların da söylədiklərindən məlum olub ki, həmin maşınların gömrük rüsumu ödənilməyib. Taksi sürücüləri bildiriblər ki, Bakıda olan maşınların dövlət qeydiyyat nişanı 500-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə “rastamojka”dan keçməyib. Gömrük rüsumu üçün "Bakı Taxi” MMC 6 milyondan artıq pul ödəməlidir. Sürücülər deyiblər ki, maşınlara gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Qaraj maşını olduğundan belə bir güzəşt edilmişdi, lakin sonradan bu rüsum ödənilmədiyindən belə hal baş verib. “Baku Taxi” MMC-nin nümayəndəsi Məcnun Səfərov isə suala cavab verməkdən özünü belə yayındırıb: "Məzuniyyətdəyəm, məlumatım yoxdur. 1000 ədəd taksimiz var. Belə bir şey ola bilməz. Məndə belə məlumat yoxdur".
Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da telefon zənglərinə cavab verməyib. Dövlət Gömrük Komitəsi ilə də əlaqə saxlamaq mümkün olmayıb.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












