Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələri üzrə xüsusi iltizam forması imzalayaraq övladını məktəbə göndərməyən valideynlərin sayı 5 262 nəfərdir.
Bu barədə BŞTİ-dən “Report”a bildirilib ki, yeni tədris ilindən etibarən I-IV siniflər üzrə əyani və distant (məsafədən) formada keçirilən dərslərə şagirdlərin davamiyyəti qənaətbəxşdir:
“V-XI sinif şagirdləri isə tədrisə distant formada başlayıb. Övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlər məktəbə yaxınlaşaraq xüsusi iltizam forması imzalayıblar. İltizam imzalayanların sayı 5 262 nəfərdir. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir”.
Xatırladaq ki, ötən gün Təhsil Nazirliyi respublika üzrə ibtidai təhsil səviyyəsində təhsil alanların 1,26 faizinin valideyni iltizam formasını imzaladığını açıqlayıb.
Məlumat üçün bildirək ki, Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə imzaladığı əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun olacaq. Belə ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












