Bakıda 50 nəfər avtobus qəzasından bir anda xilas oldu - FOTOLAR

Bu gün Bakıda daha bir avtobus qəzası baş verib. Xoşbəxtlikdən qəza zamanı ölən və yaralanan olmayıb. 65 saylı avtobus onu ötməyə çalışan «Kamaz»a sürtünüb. Nəticədə avtobusun yan tərəfi əzilib, sərnişinlər isə həyacanlı anlar yaşayıblar. Həmin sərnişinlər arasında olan jurnalist İlahə Vəliyeva özünün facebook profilində həmin avtobusun fotolarını paylaşıb. Jurnalist bildirib ki, bu dəfə avtobus «Kamaz»ın hədəfinə tuş gəlib. Belə ki, sürətlə hərəkət edən «Kamaz» avtobusun qarşısından dönüb getsə də, sonradan arxa-arxaya geri qayıdıb və avtobusa çırpılıb: «Göz görə-görə ölümə doğru getməyin insana necə təsir etdiyini indi anladım. Sürücü bir saniyə gec tərpənsəydi biz artıq yox idik. Yandan keçən «Kamaz»ın sürücüsünə «prava» verənə Allah lənət eləsin. Marşrutda olan 50 nəfər bir axmaq sürücünün qurbanı olacaqdı».
avtosfer.az
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
















