Bakıda avtobus aşıb: ölənlər və yaralananlar var - FOTO

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən şəxslərin sayı 2-yə çatıb. 3 saylı şəhər klinik xəstəxanasından Lent.az-a verilən məlumata görə, xəstəxanaya 6 nəfər ağır vəziyyətdə gətirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar arasında vəziyyəti olduqca ağır olanları var. Hazırda ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
*****
9:13
Bakıda avtobus qəzası baş verib. APA-nın verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında baş verib. 148 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların adları dəqiqləşdirilir. Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












