Bakıda avtobus sürücüsü qadına "söz atdı" - Bacım belə geyinmir - FOTO

"Facebook" sosial şəbəkəsində paylaşılan status müzakirələrə səbəb olub. Lent.az xəbər verir ki, söhbət "Ramila Aleskerova" adlı istifadəçinin avtobus sürücüsünün qeyri-etik davranış göstərməsindən gedir. Paylaşımda deyilir: "14:05-də, 57 nömrəli marşrut avtobusu Bakıxanov rayonu, "Bizim market"in önündə dayandı (orada dayanmaq qadağandır) və həmin avtobusdan bir neçə nəfər xanım düşdü. Onların birinin ardınca tərbiyəsiz(!) sürücü hamının içində eşidiləcək şəkildə dedi ki, "Elə bil balaca bacısının paltarını geyinib!". Bunu 2 dəfə təkrar etdi.
Avtobusda da bir qadın və mən buna etiraz etdik. Sürücü isə "yaxşı edirəm! Mənim bacım belə qeyinmir! Gedin kimə şikayət edirsinizsə, edin!" dedi.
Hər şey bu qədər rahatdır?! Kimin nə geyinib geyinməməyi sürücülərə nə dəxli var?! Kim bu haqqı onlara verib?".

Hadisə şahidi Ramilə Ələskərova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, ilk dəfədir sürücünün sərnişinə bu cür qeyri-etik hərəkəti ilə rastlaşır:
"Dünən hadisə baş verəndə yüküm var idi deyə, telefonla DQN-ın şəklini çəkə bilmədim. Ancaq sürücünün üzü yadımdadır. Bildiyimə görə isə bu cür köhnə avtobuslarda kameraların adı var, özü yox. Yəni, ya yoxdur, ya da var, amma işləmir. Kameraların işləməməsi belə hadisələrin işıqlandırılmamasına şərait yaradır".
Bu iddia ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev redaksiyamıza bildirdi ki, 57 nömrəli müntəzəm marşrut xətti "Azlənd-Plaza" MMC-nin istismarındadır:
"57 və Bakı şəhərində fəaliyyət göstərən bütün digər müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarını ayrı-ayrı daşıyıcı şirkətlər yerinə yetirir. Sürücülər də daşıyıcılar tərəfindən işə götürülür və həmin şirkətin əməkdaşlarıdır. Məsələ nəzarətə götürülüb və müvafiq araşdırma aparılır. "Azlənd-Plaza"-nın məsul şəxsləri də Agentliyə dəvət olunublar".
Mais Ağayev qeyd edib ki, bu, hər bir halda düzgün hərəkət deyil:
"Sürücülərin bu cür hərəkətləri yolverilməzdir. Həm həmin xanıma, həm də digər xanım sərnişinlərə qarşı yanlış davranışdır. Həmin xanımdan xahişimiz budur ki, avtobusun dövlət qeydiyyat nişanı yadında qalıbsa, agentliyə bildirsəydi, daha tez müəyyən edilməyinə yardımçı olardı. Avtobusun DQN-nı müəyyən edildikdən sonra, kameralara baxılacaq və hadisə təsdiqini tapsa, sürücü barəsində müvafiq tədbirlər görüləcək".
Belə... Ümid edirik ki, məsələ öz həllini tapacaq və digər şirkətlər də lazımi tədbirləri həyata keçirəcək.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO










