Bakıda avtomobil daşımaları komissiyasının iclası keçirilib

Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan-Belarus beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “report”a verilən məlumata görə, iclasda Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyi Avtomobil və şəhər sərnişin nəqliyyatı İdarəsinin rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, nümayəndə heyətinin rəhbəri Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyətindən danışıb. Daha sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, növbəti ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.
Sabah isə Komissiyanın iclasının yekun protokolu imzalanacaq.
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək










