Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi

Bakıda 6 və 8 saylı marşrut yeni avtobus marşrutları fəaliyyətə başlayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli – “Azadlıq” metro st. – Ak.H.Əliyev küç. – Tbilisi prospekti – Lider televiziyası – “Elmlər Akademiyası” metro st. – “İçərişəhər” metro st. – 20-ci sahə olacaq. 8 saylı marşrut avtobusu: “Azadlıq” metro st.dan – Səməd Vurğun küçəsi – Heydər Əliyev sarayı – “28 may” metro stansiyasına qədər hərəkət edəcək. Hərəkət istiqaməti Şəhidlər Xiyabanı – “Elmlər Akademiyası” metro st. – “Koroğlu” parkı – “Gənclik” metro st. – “N.Nərimanov” metro st. – Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib.
Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.
***
“Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar olaraq, sabahdan etibarən bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik ediləcək. “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının təşkili” MMC-dən verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, sabahdan etibarən isə Azadlıq prospektindən 28 may metrostansiyasına kimi fəaliyyət göstərəcək. Həmçinin, 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal- İçərişəhər m/s – 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan İçərişəhər m/s-na kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.
Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon –Həsən Əliyev küç. – Tbilisi pr. – Elmlər Akademiyası m/st istiqamətində fəaliyyət göstərirdi. İndi isə, bu marşrut xəttini Baku Bus MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib. Qeyd olunan dəyişikliklər 6 oktyabr 2015-ci il tarixindən qüvvədə olacaq.
Elmin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












