Bakıda binanın həyəti avtomobil dayanacağına çevrilib - VİDEO

Gərgin iş gününün sonunda hər bir avtomobil sahibi evə qayıdarkən sadə bir arzu ilə yaşayır. Bu, avtomobilini evinin yaxınlığında problem yaşamadan park etməkdir.
Avtosfer.az “Baku.ws”a istinadən xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 17/51 ünvanında yerləşən binanın sakinlərini bu hislərdən məhrum olublar.
Sakinlər bildirirlər ki, onların həyəti avtomobil biznesi nümayəndələri tərəfindən faktiki olaraq zəbt olunub.
Sakinlərdən birinin sözlərinə görə, artıq beş ildir ki, həyət bağlanmış bir avtomobil icarəsi şirkətinə məxsus avtomobillərin saxlandığı və satış məqsədilə istifadə olunan əraziyə çevrilib. Həmin şirkət fəaliyyətini dayandırsa da, təxminən 30 avtomobil hələ də həyətdə qalıb. Bu da sakinlərin hərəkətini çətinləşdirir və onların şəxsi avtomobillərini park etməsinə imkan vermir.
Sakinlər Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarından vəziyyətə müdaxilə etmələrini və həyətin qanunsuz şəkildə yerləşdirilmiş avtomobillərdən azad olunmasına yardım göstərmələrini xahiş edirlər.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












