Bakıda binanın texniki sahəsi mənzil kimi sənədləşdirildi - Sakinlər narazıdır - FOTOLAR

Bakı şəhər Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən yaşayış kompleksinin sakinləri orada aparılan tikintidən narazıdır.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Zamirə Dadaşova məlumat paylaşıb.
O bildirib ki, 12 mərtəbəli binanın dam hissəsində yerləşən texniki mərtəbəyə bu ilin mart ayında mənzil kimi çıxarış verilib:
“Qanunvericiliyə əsasən, texniki mərtəbə ümumi istifadədə olan sahədir və ayrı-ayrı şəxslərin mülkiyyətinə verilə bilməz. Bu hal digər mənzil sahiblərinin hüquqlarını pozur. Hazırda burada aparılan tikinti bina sakinlərinin ümumi razılığı olmadan həyata keçirilir. Bu hal binanın konstruktiv dayanıqlılığına və tikinti normalarının pozulmasına səbəb ola bilər. Bundan başqa, texniki pasportla çıxarış arasında ziddiyət mövcuddur. Bina 12 mərtəbəli olduğu halda, əlavə mərtəbə kimi qeydiyyat aparılmayıb. Hazırda aparılan işlər qeyd olunan tələblərə zidd olmaqla yanaşı, sakinlərin həyat və sağlamlığına da real təhlükə yaradır”.
Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən yaşayış binalarının sakinlərinin müraciəti əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agetliyinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilib:
“Yaşayış binaları mövcud vəziyyətdə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə bağlı Təhlil Qurupunun 10 iyul 2019-cu il tarixli 1005 nömrəli Texniki rəyi əsasında 6 ədəd 1 girişli, zirzəmili, 14 (+ 2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarına istismara hazırlığı barədə 11 oktyabr 2019-cu il tarixli 0194 nömrəli rəy rəsmiləşdirilib.
Müvafiq qurum tərəfindən həmin ünvanda “İşıq İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binalarına 14.10.2019-cu il tarixli 183 nömrəli İstismara icazə sənədi rəsmiləşdirilib.
Qaldırılan məsələnin Mənzil Məcəlləsi çərçivəsində həlli məqsədilə aidiyyəti üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edilməsi məqsədəmüvafiq hesab edilir”.







Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev











