Bakıda bu yolun vaxtında açılmaması sürücüləri çətin vəziyyətə salıb

''Formula-1'' Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq iyunun 6-dan etibarən Bakının bir neçə küçə və prospekti bağlanmışdı. Bakı Şəhər Halqası yarışlar başa çatandan sonra bu gün səhər saatlarından yolların tamamilə açılacağı ilə bağlı məlumatlar vermişdi. Ancaq paytaxtın Səbail rayonu, Bayraq meydanından üzü şəhər istiqamətindəki yol bağlı olduğundan sürücülər tıxacda qalıblar. Yol polisi əməkdaşları tərəfindən onlar alternativ yollara istiqamətləndiriliblər. Bəs açılacağı xəbəri verilən yolun bağlanmasına səbəb nədir?
Avtosfer.az bildirir ki, Bakı Şəhər Halqasının yaydığı məlumata görə, "Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində bağlanan prospekt və küçələr bu gün səhər saat 10:00-dan açılmalı idi. Trekin keçdiyi ərazilərdə çəkiliş apardığımız zaman məlum oldu ki, Bayraq meydanından şəhər istiqamətinə gedən yoldan başqa digər yollarda hərəkət bərpa edilib.Ancaq bu yol hələ də bağlı olduğundan sürücülər problemlə qarşılaşıblar.Yolun qarşısı yol polisi əməkdaşları tərəfindən dəmir məhəccərlərlə bağlandığından sürücülər Bayıl qəsəbəsi istiqamətinə yönləndiriliblər.Buna görə də tıxacda qalan bəzi sürücülərlə yol polisi əməkdaşları arasında mübahisə yaşanıb. Məsələ ilə bağlı ''Formula-1'' Azərbaycan Qran-prisinin mətbuat katibi Turab Teymurov ''Xəzər Xəbər''ə bildirib ki, yolun bağlanmasının Bakı Şəhər Halqasına heç bir aidiyyəti yoxdur.Yol polis əməkdaşları tərəfindən bağlanıb. Mövzu ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, "Formula-1" yarışının təşkilat komitəsi tərəfindən görülən işlərə uyğun olaraq, yolların tam açılması təmin olunacaq. "Bu müddət ərzində məhdudiyyət tətbiq olunan yolların mərhələli formada açılması təmin edilir",- deyə qurumdan qeyd edilib.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











